ADA Universitetində magistr təhsili almaq istəyənlər və Azərbaycandilli məktəblərin müəllimləri üçün tanışlıq turu təşkil ediləcək

ADA Universiteti Gürcüstandakı Azərbaycandilli məktəblərin müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün Azərbaycana tanışlıq turu təşkil edir.

Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ADA Universiteti cari ilin 9-11 dekabr tarixlərində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün tanışlıq turu təşkil edəcək.

Səfər çərçivəsində soydaşlarımızın ADA Universiteti (Bakı şəhəri) və Qazax Müəllimlər Seminariyası ilə tanış olmaq imkanı olacaq. Qeyd olunan tanışlıq turunda iştirak etmək üçün müraciət edən şəxslərin seçimi ADA Universiteti tərəfindən həyata keçiriləcək.

Səfərlə bağlı bütün xərclər ADA Universiteti tərəfindən qarşılanacaq.

ADA Universitetinin tanışlıq turunda iştirak etmək istəyən şəxslərin 2022-ci ilin 25 noyabr tarixinədək əlavə olunan müraciət formasını dolduraraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin tbilisi@mission.mfa.gov.az ünvanına göndərmələri xahiş olunur.

Səfərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər, həmçinin Səfirliyin +995-577-60-60-06 saylı telefon nömrəsi ilə də əlaqə saxlaya bilərlər.