Rusiyada partlayışda ölənlərin sayı 8-ə çatıb – VİDEO

Rusiyanın Saxalin vilayətinin Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.  3-ü uşaq olmaqla  8 nəfər dünyasını dəyişib.