Keçmiş həyat yoldaşının üzərinə benzin tökərək yandıran şəxsin kimliyi məlum olub
Terjolada kişi keçmiç həyat yoldaşının üzərinə benzin tökərək yandırıb.
Hadisə qadının işlədiyi “Maqnit” supermarketində baş verib. Hadisə nəticəsində gənc qadın dünyasını dəyişib. Kişi isə yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Qətldə təqsirləndirilən şəxsin kimliyi də məlum olub. Belə ki o, 40 yaşlı Leonide Zviadadzedir.
Yaxınlarının dediyinə görə, əvvəllər də aralarında münaqişə olub. Bu dəfə o, həyat yoldaşı ilə barışmaq istəyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11-ci Prima – 109-cu maddəsi ilə, yəni ailə üzvünə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə ilə bağlı araşdırmalara başlanılıb.