Əfqanıstanda mədrəsədə partlayışda ölənlərin sayı 35-ə yüksəlib
Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı 35-ə çatıb.
Yerli “Haşt-e sübh” qəzeti daha 23 nəfərin yaralandığını yazır.
Qəzetin yazdığına görə, ölənlərin əksəriyyəti mədrəsədə təhsil alan şagirdlərdir.
Meyitlərin və xəsarət alanların mədrəsədən təxliyəsi davam edir.
Bundan əvvəl partlayışın kamikadze-terrorçu tərəfindən törədildiyi bildirilsə də, bu versiya hələlik rəsmi təsdiqlənməyib.
Hakimiyyət orqanları partlayışın səbəbi barədə hələlik açıqlama verməyib.