Türkiyə və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Cənubi Qafqazdaki vəziyyət, xüsusilə Türkiyə və Fransa arasında regionda sülhün təmin olunmasına dair fərqli yanaşmalar və regional problemlərin həlli müzakirə edilib.