Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana səfər edib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Baş nazir Əli Əsədov və gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Daha sonra hər iki ölkənin Baş nazirinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə birgə iqtisadi komissiyasının lX iclası baş tutub.