“Sazın Sözün Butası” təşkilatının Bakıda təqdimatı keçirilib

Bakıda “Sazın Sözün Butası” təşkilatının təqdimatı keçirilib.
Tədbirdə təşkilatın sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair Səadət Buta təşkilatın məqsəd və məramından danışıb. Bildirib ki, sazı, sözü, folklorumuzu keçmişimizə güzgü tutaraq yaşatmaq niyyəti ilə xalqın sərvətini xalqa çatdırmağı, özümə mənəvi borc bilirəm. Bu məqsədlə Gürcüstanda rəsmi qeydə alınan “Sazın sözün Butası” təşkilatı, Gürcüstan və Azərbaycanın qədim folklor nümunələrinin, eləcədə adət-ənənələrinin qorunub, saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün təbliğ edilməsi təşkilatımızın əsas fəaliyyət sahəsini təşkil edir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, “Kəlağayı ev muzeyi”nin sədri şair, publissist Güllü Eldar Tomarlı, ustad aşıq Murad Kövrək, Azərbaycan Mədəniyyət isçisi Solmaz Kosayeva, “Məhsəti Şairlər Məclisi”nin sədri Cəvahir Qaraqızı, şairlərdən Qəzənfər Məsimoğlu, Səringül Sadə, Hənifə Şəbnəm, Xalidə İlyasqızı, müğənni Hüsniyə İsmayllı. Sairə Əzizə Ağahüseyin qızı və başqaları çıxış edərək bildiriblər ki, “Sazın Sözün Butası” təşkilatı Gürcüstanın şərəf ordenli şairi Səadət Butanın rəhbərliyi ilə unudulmaqda olan folklorumuzun inkişafı naminə böyük işlərə imza atacaq və Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmləndrilməsində böyük töhvələr verəcək.