Qanunsuz odlu silah-sursatlar aşkar edilib, 6 nəfər saxlanılıb – VİDEO

Tbilisi və bölgələrdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatlar aşkar edilərək, 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut olaraq tapança, revolverlər, avtomat, əl qumbarası, ov tüfəngi, müxtəlif növ silahlar üçün patronlar müsadirə edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 236 və 260-cı maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb.

Təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.