Ədliyyə evləri fəaliyyətini bərpa edib

3 yanvar tarixindən etibarən, Ədliyyə evləri öz fəaliyyətini bərpa edib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bayram günləri ilə əlaqədar Gürcüstanda bir çox dövlət qurumları 6 yanvar tarixinədək tətil etsələr də, Ədliyyə evləri öz fəaliyyətini davam etdirəcək.

Məlumat üçün onu da bildirək ki, Gürcüstanda 3-6 yanvar tarixləri rəsmi bayram günləridir. Bununla əlaqədar Maliyyə və Ədliyyə nazirliklərindən başqa bir çox dövlət qurumları 6 yanvar tarixinədək fəaliyyət göstərməyəcək.