İvane Çxaidze: Hazırda ölkədə qripin yayılma sürəti koronavirusun yayıldığı dövrlə müqayisədə 5 dəfə yüksəkdir

Ölkədə əsasən qrip virusu yayılmaqdadır. Uşaqları xəstəxanaya yerləşdirmək problemi isə yoxdur. Bunu İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, Tbilisi Dövlət Tibb Universitetinin professoru İvane Çxaidze deyib.

Onun sözlərinə görə, hazırda ölkədə qripin yayılma sürəti koronavirusun yayıldığı dövrlə müqayisədə 5 dəfə yüksəkdir və qrip əsasən uşaqlar arasında yayılır.

“Ötən həftə ilə müqayisədə respirator virusların sayında cüzi artım var. Ölkədə əsasən qrip virusu dövriyyədədir. Hal-hazırda ölkədə qripin yayılma sürəti pandemiya illərində koronavirusun yayılma sürətindən 5 dəfə yüksəkdir. Qrip əsasən uşaqlarda yayılır.

Virusa yoluxmanın pik həddi dekabrın əvvəlində müşahidə olunub. Uşaqların isə xəstəxanaya yerləşdirmək problemi yoxdur. Stasionar müalicəyə ehtiyacı olan bütün uşaqlar bu xidməti alırlar. Avropa ölkələrində də vəziyyət oxşardır, dünyada qış dövrü bu növ virusun çoxluğu ilə xarakterizə olunur” – deyə İvane Çxaidze bildirib.