Baş pediatr: “Virus uşaqlar arasında daha sürətlə yayılır”

Son aylarda ölkədə yayılan viruslara yoluxma hallarında kəskin artım müşahidə edilir. Məsələ ilə əlaqədar RealNews-a müsahibə verən Qardabani rayon GeoHospitals xəstəxanasının Baş pediatrı Maya Şəmmədova virusun əsas əlamətlərindən danışıb:

“Virus böyük sürətlə Kvemo-Kartli bölgəsində də yayılmağa davam edir. Konkret olaraq virusun adı açıqlanmır və hansı virus olduğu bilinmir. Ancaq müşahidələrimizə əsasən deyə bilərəm ki, koronaviursa bənzəmir. Belə ki, hazırda yayılmaqda olan virus yüksək hərarətlə başlayır və qısa müddət ərzində boğucu öskürək qeydə alınır ki, bu da pnevmoniyaya qədər aparıb çıxarır. Qeyd etdiyim yüksək temperatur əsasən 3 gün davam edir. 3 gün sonra isə uzun müddət davam edən quru öksürək başlayır. Virusun əsas əlamətləri yüksək hərarət, boğucu öksürək və boğaz ağrısıdır.” – deyə M.Şəmmədova  bildirib.

Baş pediatr xüsusilə azyaşlı uşaqlar arasında virusun daha sürətlə yayıldığını deyib:

“Xüsusilə uşaqlar arasında penvmoniya halları daha çox qeydə alınır. Buna görə də bir yaşadək olan uşaqlarda virusun əlamətləri müşahidə edildiyi halda xəstəxanaya aparılmasını, həkim nəzarətində olmasını tövsiyə edirəm.” – deyə Maya Şəmmədova qeyd edib.

Baş pediatr gün ərzində Qardabani rayon GeoHospitals xəstəxanasına təxminən 30-dək uşağın yüksək hərarətlə müraciət etdiyini bildirib.