Kənddə ər və arvad ölü tapılıb
Terjola bələdiyyəsinin kəndlərindən birində ər və arvad ölü tapılıb.
Yerli sakinlərin dediyinə görə, ər arvadını qətlə yetirib, sonra isə özünü öldürüb.
Mövcud məlumatlara görə, qətl ov tüfəngi ilə həyata keçirilib. Hadisə ötən gecə baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə araşdırma başladılıb.