Alyans Gənclər Mərkəzində keçirilən kurslara qeydiyyat davam edir

Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzində keçirilən kurslara qeydiyyat davam edir.

Onu da bildirək ki, yeni dərslər yanvar ayının 15-də başlayacaq. Dərs müddəti bir saat olmaqla həftədə üç dəfə dörd ay davam edəcək və dərslər əyani formada keçiriləcək.

Qeyd edək ki, qeydiyyatdan 12 yaşdan yuxarı şəxslər keçə bilər.

Təmənnasız dərslərə aşağıdakı kurslar daxildir:
Azərbaycan dili.
Azərbaycan tarixi.
İngilis dili.
Alman dili.

Gürcü dili.
Rəsm.
Xalçaçılıq.

Ətraflı məlumat üçün:
Əlaqə nömrəsi: +995 574 757 577