Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək
Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-i və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.
Bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze bildirib.
“Ayın 17-18-də saat 16:00-da Kaşveti kilsəsində vida mərasimi olacaq, 19-da isə saat 14:00-da filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, – P.Burçuladze deyib.
Daha əvvəl V.Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da həyat yoldaşı və anasının da dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında torpağa tapşırılacağını açıqlamışdı.