2026–2027-ci tədris ilindən məktəblərdə fənlərin saat bölgüsü dəyişir

2026–2027-ci tədris ilindən etibarən Gürcüstanda şagirdlər bəzi fənləri yeni saat bölgüsü əsasında öyrənəcəklər.

Müvafiq saat cədvəli artıq məktəblərə göndərilib.

Planlaşdırılan dəyişikliklərə əsasən, əvvəlki illərdən fərqli olaraq kimya fənninin tədrisinə 8-ci sinifdən deyil, 7-ci sinifdən başlanılacaq. Bundan əlavə, 7-ci sinifdən etibarən “Gürcü dili və ədəbiyyatı” ayrıca fənlər kimi tədris ediləcək.

Eyni zamanda 7-ci sinifdən “Gürcüstan tarixi” və “Dünya tarixi” də ayrı fənlər kimi öyrədiləcək.

Dəyişikliklərə əsasən, ibtidai siniflərdə gürcü dili və ədəbiyyatı, eləcə də riyaziyyat fənlərinin saatları artırılıb.

Digər yeniliyə görə, 10-cu sinifdə tarix fənninin məzmununda dəyişiklik ediləcək. Belə ki, yeni plan üzrə dünya tarixinin tədrisi tarix fənnindən çıxarılacaq və 10-cu sinifdən yalnız Gürcüstan tarixi öyrədiləcək.

Bizi WhatsApp – da izləyin.