Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesini müzakirə edib.

Bu barədə Türkiyənin XİN başçısı görüşdən sonra mətbuata açıqlamasında bildirib.

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, – M. Çavuşoğlu vurğulayıb.