Avropa Parlamentində noyabrın 25-də Gürcüstandakı siyasi məhbuslarla bağlı debat keçiriləcək
Noyabrın 25-də Avropa Parlamentində “Paata Burçuladze işi və “Gürcü Arzusu” rejimi şəraitində siyasi məhbuslar” adlı qətnamə layihəsi üzrə debatlar keçiriləcək.
Avropa Parlamentinin rəsmi saytında dərc olunan məlumata əsasən, müzakirələr Strasburqda yerli vaxtla saat 18:30-dan sonra başlayacaq.
Bundan əlavə, noyabrın 26-da qətnamə layihəsi üzrə səsvermə də nəzərdə tutulub.
Bizi WhatsApp – da izləyin.