Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib
“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Onu da bildirək ki, səfirliyə hücum edən şəxs artıq saxlanılıb. Bu barədə İran mətbuatı məlumat yayıb.