1700-dən çox rəsm əsərinin müəllifi olan soydaşımız – FOTOREPORTAJ
Rəssam ailəsində dünyaya göz açıb, bu sahəyə meyl göstərərək peşəkərlaşan Alik Süleymanov hal-hazırda Rusiyada yaşayır.
RealNews əməkdaşları Əməkdar Rəssam adına layiq görülmüş və 1700-dən çox rəsm əsərinin müəllifi olan soydaşımızla həmsöhbət olub.
Alik Süleymanovla bağlı qısa məlumatı və onun bir neçə əsərini təqdim edirik:
Alik Qiyas oğlu Süleymanov 1972-ci il may ayının 9-da Dmanisi rayonunun Yuxarı Oruzman kəndində rəssam ailəsində dünyaya göz açıb. O, 1979-cu ildə Yuxarı Oruzman kənd orta məktəbinin birinci sinfinə daxil olur. 1989-cu ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirən Alik Süleymanov 5 yaşından rəssamlığa meyl göstərir.
Onun ilk rəsm sərgisi hələ məktəbdə oxuduğu illərdə ziya ocağında keçirilir. Sərgidə Alik Qiyas oğlu rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilir. O, hərbi xidmətdə olduğu illərdə də rəsm çəkməyə davam edir. Belə ki, orduda yüksək rütbəli şəxslərin portretlərini çəkir. Rəhbərlik tərəfindən yüksək qiymətləndirilən əsərlərin xüsusi sərgisi təşkil olunur.
Növbəti illərdə Rusiyanın Ulyanovski vilayətində Alek Qiyasoğlunun ümumilikdə 5 rəsm sərgisi keçirilib. O, 2019-cu ildi Dmanisi rayon rəhbərliyi tərəfindən “Dmanisi rayonunun Fəxri rəssamı” medalı ilə təltif edilib.
Məlumat üçün onu da bildirək ki, bu günədək müxtəlif mövzularda 1700-dən çox rəsm əsərinin müəllifi olan Alik Süleymanov, həm də Rusiyanın Əməkdar rəssamıdır. Hal hazırda Rusiyanın Ulyanovski vilayətində yaşayır.