İran Ukraynanın işğal olunan ərazilərinə yeni təlimatçı qrup göndərib

Rusiyanın müvəqqəti işğalı altında olan Ukraynanın Luqansk vilayətinə İrandan PUA-ları idarə edilməsi ilə bağlı yeni təlmatçı qrup gəlib.

RealNews “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bu qrup İran istehsalı olan “Shahed 191” və “Shahed 129” yeni tip dronların idarə edilməsinin təlimini keçəcək.