İtkin düşmüş Nəzərli kənd sakininin ailə üzvləri xalqa müraciət edir – VİDEO

Qardabani rayonunun Nəzərli kənd sakini, itkin düşmüş 83 yaşlı Aslanpaşa Mövlayevdən bir aydan çoxdur ki, heç bir xəbər yoxdur.

Onun ailə üzvləri xalqa müraciət edərək, yardım istəyirlər.

Xatırladaq ki, Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvar ayının 6-dan itkin düşüb. Onun eşitmə qabiliyyəti məhduddur və əqli xəstədir.

Görən şəxslərdən aşağıda qeyd olunan nömrəylə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur:

+995 599 80 86 16