Gürcüstanda INTERPOL-un xətti ilə axtarışda olan 37 nəfər həbs edilib

Keçən il Gürcüstanda INTERPOL-un “qırmızı xətti” üzrə axtarışda olan 37 nəfər həbs edilib. Eyni zamanda, axtarışda olan 307 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qeydə alınan cinayətlərin açılma nisbəti 2021-ci illə müqayisədə 12 faiz çox olub.

Nazir deyib ki, keçən il, həmçinin aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 “qanuni oğru”, oğru dünyası ilə əlaqəsi olan 79 nəfər saxlanılıb.

Bundan başqa, keçən il 202 narkotik alverçisi, 184 kibercinayətkar və insan alveri ilə məşğul olan 5 nəfər saxlanılıb.