İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinə gedib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin zəlzələ baş vermiş Hatay vilayətinə gedib.
Bu barədə məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, İrakli Qaribaşvili Ankaranın Esenboğa hava limanından gürcüstanlı xilasedicilərin fəaliyyət göstərdiyi Antakya şəhərinə yola düşüb.