Nəzərli kəndinə xüsusi təyinatlılar cəlb edilib – VİDEO, FOTO

Qardabani rayonunun Nəzərli kəndində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis briqadaları reyd keçiriblər.

RealNews xəbər verir ki, bu gün saat 12:00 radələrində bir neçə xüsusi təyinatlı polis briqadası Kosalı, Nəzərli və Vaxtanqisi kəndlərində mərkəzi yol boyu əhalinin sıx olaraq toplaşdıqları ərazilərdə dayanaraq bir çox vətəndaşların şəxsiyyət vəsiqələrini yoxlayıblar.

İlkin məlumatlara görə, bənzər reydlər ölkənin digər bölgələrində də keçirilir.