Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı avtoyürüş təşkil olunub
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Tbilisidə tanıtım aksiyası keçirilib.
Aksiya Gürcüstandakı “Azərbaycan Evi”, AZEBİ və “Alyans” Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunub.
Aksiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya ədalət!” yazısının əks olunduğu 4 ədəd yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektlərində hərəkət edib.
Tbilisinin Çavcavadze prospektindən başlayan avtomobil karvanı Rustaveli prospekti, Azadlıq meydanı, Pekini, Kostava, Marcanişvili metrostansiyalarının qarşısından və Cereteli prospektlərindən, eləcə də əhalinin və nəqliyyatın sıx olduğu digər küçələrdən keçib.
Qeyd edək ki, aksiya üç gün davam edəcək.