Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” adlı aksiya keçirilib

Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.

Aksiya “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunub. Aksiyada mərkəzin rəhbərliyi və tələbələri, habelə bu ölkədəki Azərbaycan Evinin rəhbərliyi paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına, turistlərə Xocalı soyqırımına dair bukletlər paylayıblar. Bukletlərdə Xocalı faciəsinin səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də soyqırımı barədə statistik məlumatlar əksini tapıb.