İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu deyib
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır.
Bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Prezident İlham Əliyev Azərbaycanın bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib.
Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.