Gürcüstanda inzibati binalarda dövlət bayrağı endirilib
Sovet işğalının 102-ci ildönümü münasibətilə Gürcüstanın inzibati binalarında dövlət bayrağı endirilib.
Gürcüstan Demokratik Respublikasının qırmızı ordu tərəfindən işğalının ildönümü ilə əlaqədar gecə saatlarından etibarən parlament binası, hökumət administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də ölkə ərazisindəki digər dövlət və hökumət binalarında dövlət bayrağı endirilib.
Qeyd edək ki, GDR 1921-ci il fevralın 25-də Qırmızı Ordu tərəfindən işğal edilib.