Zurabişvili: Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək
“Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək.”
Bunu ABŞ-da səfərdə olan Prezident Salome Zurabişvili Nyu-Yorkdan vətəndaşlara etdiyi müraciətində bildirib.
“Mən bu axşam dəfələrlə dayandığım Rustavelidə dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur. Bu qanun Venesiya Komissiyasına göndərilmədən ləğv edilməlidir. Venesiya Komissiyası bunun hansı qanun olduğunu çox yaxşı bilir. Mən ilk gündən qeyd etdim ki, bu qanuna veto qoyacam” – Prezident deyib.