Rusiya Gürcüstan vətəndaşlarını axtarışa verib

Rusiya İstintaq Komitəsi Ukraynada muzdlu kimi döyüşən 5 Gürcüstan vətəndaşını beynəlxalq axtarışa verib.

Bu haqda Komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda digər ölkələrdən olan muzdluların da məsuliyyətə cəlb edilməsi üçün lazım olan məlumatlar toplanır.

“Xarici muzdluların Ukrayna ordusunda döyüşməsi faktlarının araşdırılması çərçivəsində istintaq nəticəsində 5 Gürcüstan vətəndaşı beynəlxalq axtarışa verilib və barələrində həbs-qətimkan tədbiri seçilib” – İstintaq Komitəsinin məlumatında deyilib.

Bundan əlavə, Gürcüstanın üç vətəndaşının “Gürcü Milli Legionu” (red.- Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində döyüşən, əsasən etnik gürcü könüllülərin yaratdığı hərbi birləşmədir) ilə bağlı sübutlar toplanıb və onlara qarşı da eyni ittiham irəli sürülüb.