Marqvelaşvili: Gürcüstan hər zaman bu məsələyə mehriban qonşuluq və düzgünlük prinsiplərindən yanaşıb

Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə isə, Gürcüstan hər zaman bu məsələyə mehriban qonşuluq və düzgünlük prinsiplərindən yanaşıb.

Bunu X Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə bildirib.

“Münaqişənin başlamasından etibarən Azərbaycandakı strateji tərəfdaşlarımızla xalqlarımızın iqtisadi stabillik və inkişafı kontekstində ümumi gələcək qururuq.

Ermənistanla da bizim qonşumuz və dostumuzdur. Mən düşünürəm ki, Gürcüstan Cənubi Qafqazda sülh və stabilliyin təmin edilməsinin regiondan kənarda deyil, 3 ölkə arasında həll edilməsi istiqamətində çıxış edəcək. Minsk formatı faktiki olaraq fəaliyyət göstərmir və belə bir formatla Tbilisi çıxış etməlidir, düşünürəm ki, edəcək. Mən fikirləşirəm ki, həmkarım İlham Əliyevin də mövqeyi belədir.” – deyə o, bildirib.