Parlament “xarici agentlər”lə bağlı qanunu rədd edib

parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda rədd edib.

Parlamentin plenar sessiyasında keçirilən səsvermədə 112 deputat iştirak edib. Onlardan 35-i qanunun əleyhinə, 1-i isə lehinə səs verib.

Qərar müzakirəsiz qəbul edilib.

Qeyd edək ki, “Xalqın Gücü” hərəkatının deputatları tərəfindən fevralın 14-də Parlamentə təqdim edilmiş xarici təsirlərin şəffaflığı haqqında qanun layihəsi martın 7-də parlamentdə birinci oxunuşda qəbul edilib. Bu isə parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi ilə nəticələnib. 7-8 mart tarixlərində keçirilən aksiyalar zamanı polislə vətəndaşlar arasında qarşıdurmalar baş verib, nəticədə 133 nəfər saxlanılıb, onlarla polisin xəsarət aldığı bildirilib.

Hakim “Gürcü Arzusu” partiyası ötən gün qanunun cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu əsas gətirərək geri addım atdığını, qanun layihəsini geri çəkəcəyini bəyan edib. Daxili İşlər Nazirliyi isə saxlanılanlardan 132-nin azadlığa buraxıldığını açıqlayıb.