Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək

Gürcüstan Meliorasiya MMC-nin dəvəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və Cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdə olublar.

Səfər çərçivəsində Azərbaycanla sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib.

Sonra Qardabani suvarma sistemlərinə baxış olub.