Tbilisidə etiraz aksiyaları başa çatıb

Tbilisidə keçirilən etiraz aksiyaları başa çatıb.

Parlament binasının girişinə toplanan etirazçılar həftə ərzində keçirilən etiraz aksiyalarının məqsədinə nail olduğunu açıqlayıblar.

Aksiya təşkilatçıları vətəndaşlara göstərdikləri dəstəyə görə təşəkkür ediblər.

Gürcüstanın dövlət himnini səsləndirən vətəndaş cəmiyyəti fəalları, vətəndaşlar ərazini dinc şəkildə tərk ediblər.