Giorgi Amilaxvari Təhsil və Elm naziri vəzifəsinə təyin edilib
Giorgi Amilaxvari Təhsil və Elm naziri vəzifəsinə təyin edilib.
Bunu baş nazir İrakli Qaribaşvili keçirdiyi mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, Giorgi Amilaxvari bu günədək parlamentin təhsil və elm komitəsinin sədri vəzifəsini icra edib. 2019-cu ildən təhsil naziri olan Mixeil Çxenkeli isə artıq fəaliyyətini Kutaisi Beynəlxalq Universitetində məsləhət şurasının sədri vəzifəsində davam etdirəcək.