Ambrolauridə 60 gün karantin elan edilib
Küçə itlərində quduzluq faktının aşkarlanması ilə əlaqədar Kvemo Svaneti bölgəsinin Ambrolauri bələdiyyəsində 60 günlük karantin elan edilib.
Qeyd edək ki, ilk quduzluq faktı martın 14-də Kvartsxuti kəndində təsdiqlənib. Quduzluğun digər kəndlərdə də aşkarlanması nəticəsində karantin elan edilməsinə qərar verilib. Məlumat üçün onu da bildirək ki, karantin elan olunduğu ərazidə ümumilikdə 10 mindən çox əhali yaşayır.