Türkiyədə seldə ölənlərin sayı 20-yə çatıb
Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində davam edən sel fəlakətində ölənlərin sayı 20-yə çatıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Adıyamanda zəlzələdən sonra 2 aylıq hamilə Fatma Tekdalın yaşyarımlıq övladı ilə birgə yerləşdiyi konteyneri su aparıb. Məlumata görə, hər ikisinin meyiti tapılıb.
Konteynerdə olan digər 8 nəfər öz imkanları ilə xilas olub.