İrakli Qaribaşvili Marneulidə ağsaqqallarla görüşüb – FOTO

Novruz bayramı ilə əlaqədar Marneuliyə səfər edən baş nazir İrakli Qaribaşvili Çay evində ağsaqqallarla görüşüb.

Bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və azərbaycan xalqlarının xüsusi dostluq münasibətlərindən danışıb.

Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR” şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, millət vəkilləri Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.