“Ambassador” otelində güclü yanğın baş verib

Tbilisidəki “Ambassador” otelində güclü yanğın baş verib.

Yanğın dördmərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsində olub və qısa müddətdə şiddətlənib. Hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın artıq söndürülüb.

İlkin məlumata görə, yanğın zamanı bina boşaldıldığından xəsarət alan olmayıb.