31 Mart Azərbaycanlıların Soyqırımı Günü Dmanisi rayonunda da anılıb – FOTO

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Dmanisi rayonunda da anılıb.

RealNews xəbər verir ki, Dmanisi Tədris Mərkəzində keçirilən dərslər zamanı layihə rəhbəri Kamran Xıdırov şagirdlərə 31 mart Azərbaycanlıların Soyqırımı Günü barədə ətraflı məlumat verib. Mərkəzdə Soyıqırımla bağlı şagirdlərin çəkdikləri rəsm əsərləri sərgilənib, eləcə də gənclərin yazdıqları “Yaddaşımda bu gün” adlı sərbəst mövzular hərkəs tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir zamanı Soyqırıma həsr edilmiş şeirlər səsləndirilib, çıxışlar edilib.