Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox mal ixrac etdiyi üçüncü ölkə Gürcüstan olub
Cari ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac etdiyi ölkələrin siyahısında Türkiyə (167,2 mln. dollar) birinciliyə yüksəlib.
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə bu siyahıda Rusiya Federasiyası (69,6 mln. dollar) ikinci, Gürcüstan isə (40,3 mln. dollar) üçüncü olub.
2023-cü ilin fevral ayında Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 mln. dollar) birinci, ilkin formalı polipropilen (14 mln. dollar) ikinci və meşə fındığı (11,5 mln. dollar) üçüncü olub.