Ukrayna müdafiə qüvvələrinin tərkibində ölən gürcüstanəsilli döyüşçülərin sayı məlum olub

2022-ci il fevralın 24-dən Ukraynanın müdafiə qüvvələrinin tərkibində gürcüstanəsilli 40 döyüşçü həlak olub.

RealNews xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

Bildirilib ki, onların bəziləri müharibənin başlaması ilə könüllü kimi gəliblər, bəziləri isə artıq uzun müddət Ukraynada yaşayıb və Ukrayna vətəndaşlığına malik olublar. Sonuncular arasında əslən Qoridən olan 29 yaşlı Mixail Mazanaşvilinin ölümü məlum olub. Son illərdə o, Ukraynada yaşayıb və burada ailə həyatı qurub.