Gürcüstanda taxıl ixracına qoyulmuş qadağa ləğv edilib
Gürcüstanda taxıl ixracına qoyulmuş qadağa vaxtından əvvəl ləğv edilib.
Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən yerli ictimai telekanala bildirilib. Qadağanın bu gündən etibarən keçərli olmadığı qeyd olunub.
Xatırladaq ki, Gürcüstan Ukraynada müharibənin başlamasından sonra 4 iyul 2022-ci il tarixindən 1 il müddətinə – 4 iyul 2023-cü ilədək buğda və arpa ixracına qadağa qoyub. Qısa müddət sonra arpa ixracına icazə verilsə də, buğda ixracına tətbiq edilən qadağa bu günədək davam edib.
Bir neçə gün öncə, Gürcüstanın kənd təsərrüfatı naziri Otaq Şamuqia artıq qida təhlükəsizliyi ilə ölkədə bağlı risk qalmadığından sözügedən qadağaya ehtiyac olmadığını bəyan etmişdi.