“Beeline” mobil operator şirkətinin adı “Cellfie” olaraq dəyişdirildi

“Beeline” mobil operator şirkəti Gürcüstanda adını dəyişib.

Bu barədə şirkətin internet saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, mobil operator artıq “Cellfie” adı ilə fəaliyyət göstərəcək. Mobil operatorun brend rəngləri və saytı də artıq yenilənib və əvvəlki sayta çıxış məhdudlaşdırılıb.

“Brend dəyişsə də, bizim dəyərlərimiz eyni qalır”, – şirkətin açıqlamasında bildirilib.