Finlandiya NATO-ya rəsmi üzv olub
Finlandiya NATO-ya rəsmi üzv olub.
Finlandiyanın Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib.
Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir.
Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.
Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.
İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib.
Rusiyanın Ukraynaya təcavüzü 1949-cu ildə sovet təhlükəsindən müdafiə məqsədilə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatına yeni təkan verib.
Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir.
“Prezident Putinin ən mühüm siqnallarından biri… NATO-nun daha da genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu”, – NATO-nun Baş katibi Stoltenberq qeyd edib.