Yens Stoltenberq: “NATO qoşunları hələ Finlandiyaya girməyəcək”

“NATO qoşunları hələ Finlandiyaya girməyəcək”.

RealNews xarici KİV-ə istinadən xəbər verir ki, bunu qurumun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki Alyansdan qoşun tələb etməlidir.

Y.Stoltenberq həmçinin bildirib ki, NATO-nun təhlükəsizlik zəmanətləri dərhal Finlandiyaya şamil edilməyəcək: “Finlandiyanın Alyansa üzvlüyü bu dövləti daha təhlükəsiz, NATO-nu daha güclü edəcək”.

Baş katib vurğulayıb ki, NATO-ya üzv olmaqla Finlandiya möhkəm təhlükəsizlik zəmanəti alacaq.

Qeyd edək ki, bu gün Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənəcək.