9 Aprel hadisələrindən 34 il ötür – FOTO
Gürcüstanda törədilmiş 1989-cu il 9 Aprel hadisələrindən 34 il ötür.
34 il öncə, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə ölkəmizin müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.
1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.
Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Rustaveli prospektində, Parlament binası qarşısındakı memorial önündə anılır.