Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət gərginləşib
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət gərginləşib.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Qarşıdurma nəticəsində Azərbaycan tərəfi 3 şəhid verib. Məlumata əsasən, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan çox sayda hərbi qulluqçusunu itirib.
Hazırda ərazidə nisbi sakitliyin hökm sürdüyü və əməliyyat şəraitinin Azərbaycan tərəfinin tam nəzarəti altında olduğu bildirilir.