ABŞ-ın Demokratlar Partiyası 2024-cü ilin avqustunda prezidentliyə namizədi müəyyən edəcək

ABŞ-ın Demokratlar Partiyası 2024-cü ilin avqustunda prezidentliyə namizədi müəyyən edəcək.

RealNews “Chicago Sun-Times”ə istinadən xəbər verir ki, Demokratlar Partiyasının konfransı avqustun 19-22-də keçiriləcək və burada partiyanın praymerizlərində qalib gələn namizəd seçiləcək.

Qeyd olunur ki, Demokratlar Partiyasının Milli Komitəsi Çikaqo Konqresinin keçirilməsi üçün şəhəri seçib və bu barədə artıq yerli hakimiyyət orqanları məlumatlandırılıb.