Gürcüstan “Geo Sky” aviaşirkətinin 20 əməkdaşını Sudandan təxliyə edib

Gürcüstan toqquşmaların başlamasından sonra Sudanın paytaxtı Xartumda qalan “Geo Sky” aviaşirkətinin 20 əməkdaşını təxliyə edib.

Bu barədə şirkətin rəhbəti Şalva Kiknadze bildirib. Məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyinin yardımı ilə təxliyə edilən aviaşirkət əməkdaşları Sudandan Misirə, oradan isə Türkiyəyə və nəhayət Gürcüstana gətiriliblər.

Xartumdan təxliyə prosesinin üç gün öncə başladıldığı bildirilib. Qeyd olunub ki, hazırda Misir-Sudan sərhədində 50 min nəfər gözləyir.

Qeyd edək ki, aprelin 14-də Sudanda hərbi münaqişə başlamasından sonra Geo Sky şirkətinin 20 əməkdaşı paytaxt Xartumda qalmışdı.